My Links

free counters

Azərbaycanda onlayn ödəmə sistemlərinin istifadəçiləri artır

posted Feb 14, 2010 3:15 AM by Elshad Nuriyev
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanda “GoldenPay” onlayn ödəmə sisteminə artıq 35-dən çox şirkət qoşulub. 
 
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun «APA-Economics»ə verdiyi məlumata görə, bir müddət öncə bu sistemdən artıq Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin telefon abunəçiləri də istifadə etmək imkanı əldə ediblər. 
 
Yaxın gələcəkdə bu xidmət vasitəsilə artıq Azərbaycanın istənilən nöqtəsində yaşayan vətəndaşlar da telefon abunə və şəhərlərarası danışıq haqlarını internet üzərindən ödəyə biləcəklər. Bu xidmətin Azərbaycanda ilk dəfə tətbiqinə “SiverKey Azərbaycan” şirkəti başlayıb. “Aztelekom” İB-nin dəstəyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) da oxşar sistemlə abituriyentlərə xidmət göstərir. TQDK-dakı ödəmə kartları artıq elektron ödəmə kartları ilə əvəzlənib. 
 
Qeyd edək ki, hazırda “Azerfon”, “Azercell”, “Bakcell”, “Bestkomp”, “NLT Telekom”, “NLİNK”, “NEXUS”, “Adanet” və s. şirkətlər müştərilərinə internet vasitəsilə balans yükləmək, kompüter avadanlığı almaq imkanını təqdim edir. 
 
Yerli ekspertlərin rəyinə görə, yaxın 3-4 il ərzində Azərbaycanda elektron ticarət yüksək səviyyədə inkişaf edəcək və bu sahədə böyük uğurlar qazanılacaq.

12/02/2010